SON XƏBƏR

"Leyla Medical Center"də ərəb turist ölüb

İyul 27
09:35 2022
Bakıda özəl klinikada ərəb turist ölüb.

"Report" xəbər verir ki, hadisə "Leyla Medical Center"də baş verib.

Belə ki, "Renaissance Palace Baku" otelində qalan Səudiyyə Ərəbistanı Krallığının vətəndaşı 1998-ci il təvəllüdlü Almadui Muteb Saeedin iyulun 26-da günorta saatlarında vəziyyəti pisləşib.

O, klinikaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.
 
Qlobal.Az






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook