SON XƏBƏR

Leyla Əliyevanın təşəbbüsü ilə “Sonsuz Dəhliz” filmi Al Jazeera kanalında nümayiş olunacaq

Sentyabr 10
18:34 2016
Sentyabrın 10-da Bakı vaxtı ilə saat 11-də Qətərin Al Jazeera televiziya kanalında http://doc.aljazeera.net/البث-الحي ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan "Endless Corridor” ("Sonsuz Dəhliz”) sənədli filminin nümayişi olacaq.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, filmin kanalda nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində TEAS-ın təşkilatçılığı ilə baş tutacaq. 

"Sonsuz dəhliz” sənədli filmi şahid ifadələri əsasında lentə alındığı üçün Xocalı hadisələrinin bütün reallığını əks etdirir. Film beş il müddətində böyük əmək sərf edilərək hazırlanıb. Xocalıda baş vermiş kütləvi insan qırğınını daha dərindən dərk etmək üçün bu film əvəzsiz ekran əsəridir.

Filmin dünya üzrə ilk premyerası 2014-ci il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib.

Təqdimatda L. Əliyeva da iştirak edib.

"Sonsuz dəhliz” filmi prodüserlər Aleksandras Brokas (Litva) və nüfuzlu "Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib.
 


Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib. 

2015-ci ildə beynəlxalq səviyyədə uğurla keçən premyerasından sonra "Sonsuz dəhliz” filmi bütün dünyada kino tənqidçilər tərəfindən rəğbətlə qarşılanıb. Film Madrid şəhərində keçirilən "Tenerife” Beynəlxalq Film Festivalında "Ən yaxşı sənədli film” və "Sənədli filmin ən yaxşı rejissoru” mükafatlarına, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında "Sənədli filmin ən yaxşı montajı” mükafatına, eləcə də, ABŞ-da keçirilən Akkolade Qlobal Film Müsabiqəsində iki mükafata – 2015-ci ilin may ayında "Ən yaxşı tamaşa” və 2016-cı ilin yanvar ayında "Humanitar” mükafata layiq görülüb.

Film "Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin "TRT 1”, "Kanal 24”, "CNN Türk”, Albaniyanın Milli Televiziyasında, İsrailin "Channel 1” və "Eurochannel” televiziya kanalında nümayiş etdirilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook