Leyla Əliyevanın adından istifadə edən şirkət sakinləri etiraz aksiyalarına başlamağa məcbur etdi (VİDEO)
Fevral 27
00:43
2023
Lənkəranın Təngivan kənd sakinləri müvafiq dövlət qurumlarının ekologiyaya qənim kəsilən "Profco” MMC-yə qarşı hərəkətsizliyinə etiraz olaraq olaraq aksiyalara başlayıb.
Sakinlərdən biri intihara belə cəhd göstərib.
"Profco” MMC ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Baş Prokurorluğa müraciət etsə də, Şaiq Həsənov və rəhbərlik etdiyi şirkətlə bağlı heç bir tədbir görülməyib. Əksinə MMC rəhbərliyi günbəgün çayın yatağının məhv edilməsi prosesini intensivləşdirməkdədir.
Sakinlərin iddiasına görə, Şaiq Həsənov hər yerdə Prezident İlham Əliyevin qızı Leyla Əliyeva ilə sinif yoldaşı olduğunu bildirməklə aidiyyati dövlət qurumlarına təzyiq edir:
Sakinlər ümid edirlər ki, müxtəlif ekoloji layihələr həyata keçirən və təbiətin qorunmasında ardıcıl fəaliyyət göstərən Leyla Əliyeva adının Şaiq Həsənov kimi təbiət düşməni ilə birgə çəkilməsinə qarşı dözümlü yanaşmayacaq…
Qeyd edək ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları fevralın 24-də növbəti dəfə "Profco” MMC ilə bağlı akt tərtib edərək, Baş Prokurorluğa təqdim edib.
Son günlər Təngivan sakinləri "Profco” MMC arasında yaşanan qalmaqal barədə daha ətraflı video-sujetlərdə: