SON XƏBƏR

Leyla Abdullayeva səfir göndərildi

Oktyabr 17
16:52 2022
Leyla Abdullayeva Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bu barədə Prezident İlham Əliyev oktyabrın 17-də sərəncam imzalayıb.

Bu günə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəhbəri olan Leyla Abdullayeva 1981-ci ildə Bakıda anadan olub.

Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində təhsil alan L.Abdullayeva 2002-ci ildən Xarici İşlər Nazirliyində çalışır.

Leyla Abdullayeva 2018-ci ildə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunub.

O, 2018-ci ilin oktyabrında  nazirliyin Mətbuat İdarısinin rəhbəri təyin edilib.

Leyla Abdullayeva ailəlidir və iki övladı var.

Həyat yoldaşı Hüseyn Hüseynov Azərbaycanın Bolqarıstandaki səfiridir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook