Levits: "Kiyevə yardım Avropanı qorumağın yeganə yoludur"
Yanvar 27
09:41
2023
"Ukraynaya dəstək "Avropanı qorumaq üçün yeganə yoldur”.
Qaynarinfo xəbər verir ki, bunu deyən DW-yə müsahibəsində Latviya prezidenti Egils Levits deyib. O, Almaniya kansleri Olaf Şoltsun ölkəni Rusiyanın işğalından müdafiə etmək üçün Kiyevə "Leopard 2” tankları göndərmək qərarını alqışlayıb.
"Hesab edirəm ki, bu, düzgün qərardır, çünki Avropanın təhlükəsizliyi təhdid altındadır", deyə prezident vurğulayıb.
Eyni zamanda, Levits Avropa İttifaqı ölkələrinin hazırda Kiyevə ən yaxşı hərbi texnikanı göndərməsinə görə bu hərbi yardımın Avropanın özünün müdafiəsini zəiflədə və Baltikyanı ölkələri daha həssas edə biləcəyinə inanan əleyhdarlarının arqumentlərini rədd edir: "Ən yaxşısı biz indi Ukraynaya kömək edək, nəinki sonradan digər ölkələrə".
Moskvanın Qərbin Kiyevi əsas döyüş tankları ilə təmin etmək qərarında qırmızı xətti keçməsi ilə bağlı ittihamlarından danışan Latviya prezidenti qeyd edib ki, Rusiya Federasiyası bunu suveren demokratik ölkə olan Ukraynaya qarşı genişmiqyaslı işğala başlamaqla edib: "Biz Ukraynaya milləti, dövləti qorumağa kömək etməliyik və Rusiya görməlidir ki, təcavüz heç bir fayda gətirə bilməz".
Levitsin fikrincə, əgər Rusiyanın müharibədən faydalanmasına icazə verilsə, onda daha heç nə onu məhdudlaşdırmayacaq və bu, onun irəliləməsinə, eləcə də digər ölkələrin qonşu dövlətlərə hücumuna dəvət olacaq: "Avropada biz hamımız indi daha çox müdafiəmiz haqqında düşünürük, çünki bizim aqressiv qonşumuz var. Bizim aqressiv qonşumuz olduğuna görə, təbii ki, müdafiə imkanlarımızı gücləndiririk".
Siyasətçi xatırladıb ki, müharibənin mənbəyi NATO deyil, Avropa deyil, Almaniya və Latviya deyil, Rusiyadır: "Və təbii ki, biz özümüzü müdafiə edirik. Dövlətlərimizin müdafiəsi bizim borcumuzdur".