SON XƏBƏR

Lətifə Hasilova rüşvət aldığına görə müdir vəzifəsindən azad edildi

Dekabr 18
18:11 2025
Zaqatala şəhəri Aydın Əhmədov adına 6 nömrəli körpələr evi-uşaq bağçasının sabiq müdiri Hasilova Lətifə Nizami qızı 1 dekabr 2025-ci il tarixindən vəzifəsindən azad olunub.

Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda qeyd olunan məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

Qeyd edək ki, Hasilova Lətifə Nizami qızının uşaq bağçasının müdiri işləyərkən çoxlu sayda vətəndaşdan müxtəlif məbləğlərdə pul alaraq onları həmin bağçaya işə götürəcəyinə dair söz verməsi və sonda vədinə əməl etməyərək həmin pulları mənimsədiyi iddia edilir. (APA)

Qlobal.az 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook