SON XƏBƏR

Lerikdə problemlərdən “təngə gələn” sakinlər: “Yolumuz yox, suyumuz yox, qazımız yox”

Sentyabr 08
10:10 2022
Lerikin dağ kəndlərindən olan Soru sakinləri kommunal və sosial problemlərdən təngə gəldiklərini deyirlər. Hazırda 1600 nəfərin yaşadığı bu kəndin yolu sakinlərin ən böyük problemlərindən sadəcə biridir.

Dövlət qurumlarının Soruya yol çəkəcəyindən ümidi üzülən sakinlər bir müddət pul yığıblar ki, yolu özləri düzəltdirsinlər. Toplanan vəsaitin 2250 manatını isə kəndin İkinci Qarabağ müharibəsi şəhidi Murtuz Abbasovun atası ödəyib. O, bu pulu dövlətin ona şəhid ailəsi kimi təyin etdiyi birdəfəlik 11 min manat vəsaitdən ayırmalı olub.

Ancaq sakinlərin topladığı vəsait yolun əsaslı təmirinə yetməyib. Kəndə indiyə kimi təbii qazın çəkilməməsi sakinləri odunun ümidinə qoyub:

Sorunun problemləri bununla bitmir. Sakinlər şikayətlənir ki, kənddə tibb məntəqəsi yoxdur. Onların həmçinin, içməli su və əkin suyu problemləri də var. Amma onları ən çox narahat edən 1955-ci ildən istfadəyə verilən və hazırda qəzalı vəziyyətdə olan məktəb binasıdır.

Sorulular deyir ki, kəndin problemləri həllini tapmadıqca sakinlər məcburən evlərini tərk edir. Onların söylədiyinə görə, əvvəlki illərlə müqayisədə indi kəndin az qala 80 faizi Sorudan köç edib.

Lerik Rayon İcra Hakimiyyətindən BBC-yə bildiriblər ki, Sorunun mövcud problemləri ilə bağlı müvafiq dövlət qurumlarına müraciət ediblər. Problemlər mərhələli şəkildə həllini tapacaq. Sorunun məktəb və qaz problemlərinə gəlincə, qurum bildirir ki, Təhsil Nazirliyindən və Azəriqaz İstehsalat Birliyindən quruma verilən məlumata görə, 2023-cü ildə kənddə qaz çəkilişi və yeni məktəb tikintisi həyata keçiriləcək.

Kəndin ağsaqqalı Mirzağa Abbasov narahatdır ki, sosial çətinliklər həllini tapmadıqca, Soru kəndi tamamilə boşalacaq. O isə bu kəndini qorunmasını vacib sayır.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook