SON XƏBƏR

Lerikdə müsavatçı namizədə və seçicilərə kütləvi təzyiq

Yanvar 02
18:50 2020
Müsavat Partiyasının 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizədi Tahir Hüseynov yerli icra hakimiyyəti orqanları tərəfindən təzyiqlərə məruz qalıb.
 
Qlobal.az xəbər verir ki, bu haqda "Basta”ya namizəd özü məlumat verib. 

"Bu təzyiqlərin arxasında Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev və şöbə müdiri Əlipənah Bayramov dayanır. Onlar əvvəlcə Şivlə kəndinin icra nümayəndəsi Eminəli Həşimovu, məntəqə seçki komissiyasının sədri Qədiməli Ağayevi, kəndin ağsaqqalı Surət  Əliyevi və mənim qardaşım Ağahüseyn Hüseynovu icra hakimiyyətinə çağıraraq, onlara bildirmişdilər ki, mən deputalığa namizəd olmaq fikrindən vaz keçməliyəm. Mənə və qohumlarıma müxtəlif istiqamətlərdən təzyiqlər təşkil olundu. Gördülər ki, vaz keçmirəm, öz hüququmdan istifadə edib imza toplayıram. İndi seçicilərə təzyiq edirlər” – deyə, Tahir Hüseynov bildirib.

Deputatlığa namizəd seçici imzalarının toplanmasını əsasən başa çatdırdığını, indi ona imza verən seçicilərə təzyiq edildiyini qeyd edib.

"Şivlə, Çeşman, Züvüç, Biləvər, Gendov, Bülüdül, Xanagah və başqa kəndlərdə mənə imza vermiş sakinləri müəyyən edib, onlardan ərizə alırlar. Seçiciləri mənim müdafiəm üçün verdikləri imzadan imtinaya məcbur edirlər. Məqsədləri odur ki, 100-150 belə qanunsuz ərizə toplayıb mənim deputatlığa namizədliyimin qeydə alınmasının qarşısını alsınlar. Bu qanunsuzluğa qarşı hüquq müstəvisində sonuna qədər mübarizə aparacam” – deyə, namizəd vurğulayıb. 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook