SON XƏBƏR

Lerikdə baş verən zəlzələ daha dörd rayonda hiss olundu

İyun 05
08:13 2025
İyunun 4-də Lerik rayonunda zəlzələ baş verib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,6 olan zəlzələ yerli vaxtla saat 23:32-də Lerik rayonunda qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 17 kilometr olub və Lənkəran, Masallı, Yardımlı, Cəlilabad rayonlarında 3 bal gücündə hiss olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook