Lerik İcra başçısının adından rüşvət tələb edilir - ŞOK səs yazısı
Sentyabr 09
14:08
2019
Sosial şəbəkələrdə Lerik rayon İcra Hakimiyyətinin başçısının adından rüşvət tələb olunduğunu özündə əks etdirən səs yazısı yayılıb.
Telefon zəngində rayon mərkəzində keçirilən tədbirə dəvət edilən şəxsdən "mükafat"ı da gətirməyini tələb edirlər.
Telefon söhbətinin sonunda məlum olur ki, tələb olunan "mükafat" əslində yüz manatdır.
Qlobal.az-ın əldə etdiyi məlumata görə icra başçısının adından "haqq" tələb edən şəxs Lerik rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramovdur. Ə. Bayramovun "gələrsən, Cəlil müəllimə özün deyərsən" ifadəsindəki Cəlil adlı şəxs isə Lerik rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Cəlil Baxşiyevdir.
Qlobal.az məsələylə əlaqədar Lerik rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasa da, qurumdan münasibət bildirilmədi.
Qlobal.Az