SON XƏBƏR

Leonardo Dikaprionu sirli edən nədir?

Mart 02
20:06 2016
"The Revenant” filmindəki roluna görə ən yaxşı aktyor titulunu qazanmış Leonardo Dikaprio bu mükafatı alanadək uzun və parlaq aktyor karyerası yaşayıb. Bu illərdə təkcə müxtəlif uğurlar yox, həm də ziddyyətlər olub. Düşünmək olardı ki, Holiwood-da bu qədər uzun müddət ərzində tanınan aktyor barədə hər şeyi bilirik. Lakin buna baxmayaraq, bu aktyor hələ də sirr olaraq qalır.
 
Polşalı rejissor Agnieszka Holland Dikaprionu iyirmi il bundan əvvəl, o "Tam Tutulma” (Total Eclipse) filmində şair Arthur Rimbaud rolunu oynayandan tanıyır. Bu film iki fransız şair - Rimbaud və Paul Verlaine haqqındadır. Rejissorun sözlərinə görə, hələ o vaxt Dikaprionun anadangəlmə aktyor istedadı olması görünürdü. O böyük ekranın bütün nyuanslarını başa düşürdü.
 
Rol seçimində cəsarət
 
Filmdəki hadisələr 19-cu əsrin Fransasında cərəyan edir. Verlaine ondan on yaş cavan Rimbauda vurğundur. Onların dramatik münasibətlərində hər şey var: emosional asılılıq, ədəbiyyat ambisiyaları, bolluca acı yovşan arağı və seks...
 
"Titanik” filmi Leonardo Dikaprio-nu dünya miqyaslı ulduz edib
 
Rimbaud rolunun gənc amerikalı aktyor River Phoeniksa verilməsi nəzərdə tutulmuşdu, lakin o narkotiklərin aşırı dozasından vəfat etmişdi. Onda rejissor Holland bu rolu Dikaprioya təklif etdi, çünki o rol seçimində cəsarəti ilə tanınırdı. Naməlum rolları oynamağa can atırdı. Dikaprionun atası George Rimbaudu çox sevirdi. O hətta Parisin ədəbi dairələrində çox məşhur olan içki – absent və ya acı yovşan arağı barədə kitaba redaktorluq etmişdi. George-un heç ağlına da gəlməzdi ki, oğlu, Rimbaud rolundan imtina edə bilər, deyir rejissor.
 
Rejissor deyir ki, mağazaya gedərək oradan üzərində şairin şəkli olan maykanı alıb. Şəkildəki şəxs tamamilə Dikaprioya bənzəyirdi. Holland maykanı poçtla aktyorun agentinə göndərib və beləliklə, bu yaradıcılıq birliyi yaranıb. Filmdə iki şairin münasibətlərindən və yataq səhnələrindən bəhs edilirdi. Verlaine rolunu britaniyalı aktyor David Tevli oynayırdı. Rol getdikcə Amerika gənclərinin sevimlisinə çevrilən Leonardoya o qədər də yaraşmırdı.
 
Tam dəyişmə
 
"Leonardonun o vaxt 19 yaşı vardı. Amma o heç də işə təzə başlayan adam təəssüratı bağışlamırdı, - deyir Holland, - O hələ o vaxtlar mənim birlikdə işlədiyim ən yetkin aktyorlardan biri sayılırdı. Onun çox cavan olması yalnız çəkiliş fasilələrində yada düşürdü. Bir də görürdün, dəcəllik və ya şıltaqlıq edirdi”. Yeniyetməliyində Leonardo tay-tuşlarının sevimlisi sayılırdı, lakin özü bu çərçivəyə sığmırdı "Amma mən onu "Bu oğlanın həyatı” (This Boy`s Life) filmində Robert de Niro ilə birlikdə və ya "Gibert Grape-i üzən nədir?” filmində görmüşdüm (Hər iki film 1993-cü ildə çəkilib). O şəksiz olaraq çox istedadlı idi. Mən onsuz öz filmimi heç cür çəkə bilməzdim” – deyir polşalı.
 
Rejissor deyir ki, onun filmində Rimbaud 16 yaşında idi və Dikaprio bundan yaşlı görünməməliydi. Leonardo bu rolu ustalıqla oynamışdı, amma hələ o vaxt o artıq yetkin bir aktyor sayıla bilərdi. "Bu gün geylər haqqında filmlər getdikcə daha populyar olur, lakin o vaxtlar bir kaliforniyalı oğlan üçün bu rolu oynamaq asan deyildi. Bu işdə ona Verlaine rolunu oynayan David Teli əlbəttə, kömək etmişdi” – deyir Holland.
 
Agnieszka Holland bildirir ki, Dikaprioda aktyor sənətinə sırf klassik Amerika yanaşması heç vaxt olmayıb. Amerika yanaşmasında aktyor daha çox özünün şəxsi emosiya və hisslərindən istifadə edir.
 
"Leonardoda hamı üçün, hətta rejissorlar üçün sirr olan xüsusiyyət var. O kamera qarşısında olanda Leonardo artıq yox olur və biz tamamilə fərqli bir insanı, onun tamamilə çevrildiyi personajı görürük” – deyir Holland.
 
Yetkin şəxsiyyət
 
Staki Uilson "New York Мagazine” jurnalında kino sənəti barədə yazır. Onun fikrincə Leonardo Dikaprioya verilmiş Oscar mükafatı heç də təkcə onun "Sağ çıxan”dakı rolu üçün deyildir. Holliwood-da hamı başa düşürdü ki, ona mükafat verməyin vaxtı çoxdan çatıb. "Leo bir sirdir, adamlarsa sirləri xoşlayırlar. O supermodellərlə bir sıra sevgi macəralarına baxmayaraq kifayət qədər qapalı şəxs kimi qala bilib. Son vaxtlar o, həm də siyasi fəal olub, - deyir Staki Uilson, - O bu işi özünü gözə soxmaq üçün etmir. Leo xeyriyyə cəmiyyətlərinə milyonlarla dollar ianə edib”.
 
Bir çoxlarının fikrincə, Leonardo Dikaprio "Sağ qalan” filmindəki roluna görə Oscar mükafatını sadəcə olaraq almaya bilməzdi "Onun valideynləri ruhən sənətsevər insanlardır və övladlarına özünü tapmaq şəraiti yaradıblar, - deyir jurnalist, - Dərhal hiss olunur ki, onlar hələ indi də Leonun dostları olaraq qalırlar”.
 
Leonardo təkəbbürlü deyil
 
Aqnieşka Holland deyir ki, hətta 1990-cı illərdə, "Tam tutulma" filminin çəkilişi gedəndə Dikaprio sadəcə olaraq yeniyetmələrin sevimlisi olmaq istəmirdi, hərçənd onu irəlidə "Titanik” və "Romeo və Culyetta” filmləri gözləyirdi. "Leonardo kişi görünmək istəyirdi. Bilirəm ki, ona kövrək uşaq kimi baxılanda xoşu gəlmirdi. "Titanik” filmindən sonra o, hamı tərəfindən ciddi aktyor kimi qəbul olunmaq istəyirdi. Leonardo-da hər şeyi rahat, asanlıqla etmək xüsusiyyəti var, amma işə bax ki, elə bu "Sağ çıxan” filmində həmin xüsusiyyət çatışmayıb...” – deyir Agnieszka Holland.
 
Populyar aktyor Leonardo Dikaprio iqlim dəyişikliyi üzrə BMT elçisi olub
 
Rejissor Holland deyir ki, Dikaprio Holiwood-dan olan və tezəcə varlanan başqa həmkarları kimi yolunu azmırdı. "Biz "Tam tutulma” filmini Parisdə, Brüsseldə, Cibutidə çəkirdik. Hara getsək də o yorulmurdu, - deyir rejissor, - O həmişə kökünə və ailəsinə bağlı bir adam olaraq qalırdı. O adamlara məşhur və varlı olduqlarına görə yox, insani keyfiyyətlərinə görə hörmət edir. O qətiyyən təkəbbürlü deyil”.
 
"Bəziləri xüsusi istedada malik olanda buna Allah vergisi deyirlər. Amma o, bütün həyatı boyu öz sənətini cilalamaqla məşğul olub. Onun bu xüsusiyyəti "Tam tutulma” filmindən hələ xeyli əvvəl, onun ilk addımlarından üzə çıxmışdı”.(BBC)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook