SON XƏBƏR

Ölənlərin sayı 2900-ü ötdü, Türkiyə 65 ölkəyə müraciət etdi

Fevral 07
09:11 2023
Türkiyənin Kahramanmaraş vilayətində meydana gələn və 10 vilayətdə dağıntılara səbəb olan 7,7 və 7,6 ballıq zəlzələlərdə ölənlərin sayı 2 min 921 nəfərə çatdı.

Yeniavaz.com "Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer keçirdiyi mətbuat konfransında məlumat verib.

"Təəssüf ki, həyatını itirən vətəndaşlarımızın sayında artım var. 2 min 921 vətəndaşımız həyatını itirdi, 15 min 834 yaralımız var”, – deyə Y. Sezer bildirib.

65 ölkədən kömək və dəstək tələblərinin olduğunu bildirən AFAD rəhbəri, sözügedən ölkələrin qruplarının gəldiyi zaman fəlakət bölgəsinə köçürüləcəklərini deyib.

"243 yeraltı təkan baş verib. Hazırda 16 400 nəfərlik şəxsi heyətimiz və xarici ölkələrdən gələn personalımızla fəlakət bölgələrində gərgin iş gedir. Qış şərtləri səbəbiylə həm çadır, həm də digər sığınacaq materiallarını təmin edib fəlakət bölgəsinə göndəririk. İndiyədək fəlakət bölgəsinə 65 minə yaxın çadır və çadır materialı göndərilib”, – deyə Sezer axtarış-xilasetmə işləri ilə bağlı məlumat verərkən bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook