SON XƏBƏR

Lənkəranda yerli rəhbərlik əhalini referenduma inandıra bilmir

Sentyabr 09
01:23 2016
Sentyabr ayının 26-da respublikada keçiriləcək ümumxalq səsverməsinə- referenduma hazırlıqlar davam etməkdədir. 
 
Ölkənin bir çox rayonlarında "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupları seçicilərlə görüşlər keçirirlər. Ancaq müəyyən rayonlar var ki, burada yerli rəhbərliklərin işlərini düzgün qura bilməmələrinə görə əhali sosial cəhətdən ağır durumdadır. Ağır durumda yaşadıqlarına görə də yerli rəhbərlik əhalinin qarşısına çıxıb keçiriləcək referendumun mahiyyətini seçicilərə anlada bilmirlər.
 
Ağır sosial vəziyyətin tüğyan etdiyi rayonlardan biri də Lənkəran rayonudur. 
 
Qeyd edək ki, 66 yaşayış məntəqəsi, 220 mindən artıq əhalisi olan Lənkəran rayonu turizm potensialına görə Azərbaycanın ən perspektivli rayonlarından biri olmağına baxmayaraq burada əhali olduqca ağır vəziyyətdə yaşayır. Ölkədə baş verən devalvasiyadan sonra isə rayon əhalisinin əsas dolanışıqlarından olan xırda ticarət də sıradan çıxmaqdadır. Mənbəmizin bildirdiyinə görə, rayonda fəaliyyət göstərən "Palsüd" fabrikinin istehsalını 80 faiz azaltmağı 300-ə yaxın yerli sakinin işlərini itirməsi ilə nəticələnib. Rayondan Milli Məclisə seçilən deputatlar isə qətiyyən seçicilərinin problemləri ilə maraqlanmırlar. 
 
Məlumata görə bir müddət öncəyə kimi rayon rəhbərliyinin səyyar qəbul- görüşlər keçirməyi də sadəcə hesabat xarakterli olub. Belə ki, bu görüşlərdə RİH-nin rəhbərliyinin diqqətinə çatdırılan problemlər indiyədək həllini tapmayıb. Məlumata görə sadalanan bu səbəblərdən yana Lənkəran rayonunda yerli rəhbərlik referndumla bağlı əhatəli təbliğat işləri apara bilmir. 
 
Xatırladaq ki, ötən ilin dekabr ayında baş verən devalvasiyadan sonra Lənkəran rayonunun sakinləri sosial vəziyyətlərinin dözülməzliyinə etiraz edərək Bakı- Astara magistralını bağlamışdılar. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook