SON XƏBƏR

Lənkəranda “Xan Lənkəran” könüllülərinin ifasinda tamaşa göstərildi

May 26
22:45 2016
Lənkəran şəhər Gənclər və İdman İdarəsinin "Xan Lənkəran” könüllüləri Lənkəran ŞİH və N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının dəstəyi ilə tamaşa hazırlamışlar.
 
May ayının 25-də teatrın səhnəsində tamaşanın nümayişi olmuşdur. Könüllü Arzu Əlizadənin pyesi əsasında respublikanın əməkdar artisti Adil Zeynalovun quruluş verdiyi "Zəncirlənmiş fəryad” tamaşasının mövzusu valideyn-övlad, erkən nikah, narkomaniya mövzusuna həsr edilmişdir.
 
"Xan Lənkəran” könüllülərindən Aysel İbrahimli (Sona), Xəyalə Əlizadə (Fatma xala), Vəzir Mirzəyev (Zəki), Məlik Nuriyev (Ayaz), Nərmin Həsənzadə (Zəhra xala), İbrahim Mirverdiyev (Ənvər), Mədinə Məmmədli (Züleyxa ) və başqalarının nümayiş etdirdikləri obrazlar tamaşaçılar tərəfindən böyük rəğbətlə və alqışlarla qarşılanmışdır.
 
Tamaşaya Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, ictimaiyyətin nümayəndləri, tələbə və gənclər baxmışlar.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook