SON XƏBƏR

Lənkəranda Ümummilli Liderin anım günü

Dekabr 12
13:52 2015
Bu gün Lənkəranda da Ulu Öndərin anım günü keçirilib.
 
Səhər saatlarından Heydər Əliyev xatirə parkına tər qərənfil dəstələri ilə gələn lənkəranlılar, ağsaqqallar, ziyalılar, din xadimləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, əmək kollektivlərinin üzvləri, gənclər, tələbələr, idmançılar, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhər İcra hakimiyyətinin rəhbər işçiləri həzin müsiqi sədaları altında aramla Ulu Öndərin abidəsinə tərəf hərəkət ediblər.
 
İlk olaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Ümummilli Liderin abidəsini ziyarət edib abidə önünə əklil qoymuşdur. Sonra ümumxalq ziyarəti başlayıb. Sonra ziyarət Heydər Əliyev Mərkəzində davam etmiş, İcra başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri Ulu Öndərin həyat vəaliyyətini əks etdirən stendlərlə bir daha yaxından tanış olub, dahi rəhbərin xatirəsini anıblar.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook