Lənkəranda məktəbdə direktor səlahiyyəti gözətçiyə həvalə olundu – FOTO
 
							Avqust 29
									
										16:35
										2022
									
Lənkəran rayonu Ə.Nəsirov adına Tütəpeştə kənd ümumi orta məktəbində direktor səlahiyyəti gözətçiyə həvalə olunub.
Məktəbin direktoru Rövşən Əliyev məzuniyyətdə olduğu üçün onun səlahiyyətlərini məktəbin gözətçisi icra edib.
Belə ki, direktora məktub ünvanlayan müəllimlərdən birinə cavab qarovulçu adından verilib.
Məsələ barədə Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə əlaqə saxlanıb.
İdarədən bildirilib ki, bütün pedaqoji və texniki işçilər məzuniyyətdə olduğu, məktəbin də təsərrüfat müdiri olmadığından müvəqqəti olaraq səlahiyyət gözətçiyə həvalə olunub:
"Hazırda direktorun məzuniyyət vaxtı bitib və işindədir. Vətəndaş yenidən müraciət edə bilər”.
 
Qlobal.az