SON XƏBƏR

“Le Fiqaro” Kiyevi Rusiyanın bir hissəsi kimi təqdim etdi

Sentyabr 09
13:16 2019
Fransanın "Le Fiqaro” nəşri Kiyev şəhərini Rusiya ərazisi kimi təqdim edib.

Virtualaz.org bildirir ki, sözügedən səhvə ilk olaraq "Bukvı” nəşri diqqət çəkib.

Bildirilir ki, "Le Fiqaro”nun saytında Ukrayna Prezidenti Vladimir Zelenskinin rus və ukraynalı məhbusların azad edilməsi ilə bağlı brifinqindən video-material dərc olunub. Bu zaman ekranın sol yuxarı küncündə çıxışın Rusiyanın Kiyev şəhərində olması ilə bağlı yazı əks olunub.

Bununla belə, Zelenski Ukrayna prezidenti kimi düzgün göstərilib.

Xatırladaq ki, bundan əvvəl Rusiya ilə Ukrayna arasında "35-in 35-ə” formulu ilə ümumilikdə 70 girov və məhbus azad edilmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook