Lavrov və Çavuşoğlu Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər
Mart 28
18:26
2019
Türkiyə ilə Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov martın 29-da iki ölkə arasındakı Ortaq Strateji Planlama Qrupunun Antalyada keçiriləcək iclasında iştirak edəcəklər.
Rusiya mətbuatı yazır ki, görüş zamanı ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. Danışıqlardan sonra iki ölkənin Xarici İşlər nazirlikləri arasında 2019-2020-ci illər üçün məsləhətləşmələr planı da təsdiqlənəcək.



