Lavrov Ukraynada həlak olan dinc sakinlərə görə başsağlığı verdi
Mart 03
17:14
2022
Rusiyanın xarici işlər naziri Ukraynada dinc sakinlərin həlak olması ilə əlaqədar olaraq öz başsağlığını verib.
Onun sözlərinə görə, istənilən insan həyatı qiymətsizdir, istənilən döyüş əməliyyatları təəssüflər olsun ki, nəinki hərbçilər, eləcə də mülki vətəndaşlar arasında qurbanlara səbəb olur.
"Həlak olanların yaxınlarına, doğmalarına öz başsağlığımı ifadə edə bilərəm. Bir daha demək istəyirəm ki, mülki şəxslərin ölümünə səbəb olan heç bir fəaliyyətə haqq qazandırmıram”, - deyə Lavrov qeyd edib.



