Lavrov NATO baş katibini vicdansız adlandırdı
Mart 13
20:24
2016
Rusiya xarici işlər naziri Sergey Lavrov NATO baş katibi Yens Stoltenberqi vicdansızlıqda günahlandırıb.
S. Lavrov deyib ki, NATO baş katibi məhz Rusiyanın Avropada miqrasiya böhranının kəskinləşməsinə səbəb olduğunu söyləyib.
S. Lavrov Y. Stoltenberqin bu ittihamının vicdansızlıq olduğunu bildirib. Rusiya xarici işlər naziri sanksiya xüsusən ABŞ tərəfindən siyasət və diplomatiyanın əvəzi olmağa başlayıb: Artıq Vaşinqtonda Suriyada baş verənlərə görə Rusiyaya əlavə sanksiyalar tətbiq etmək çağırışları səslənir. Bu çağırışlar o vaxt səslənir ki, biz Rusiya və ABŞ prezidentlərinin razılaşması əsasında Suriyada münaqişənin tənzimlənməsi prosesində irəliləyirik, BMT Təhlükəsizlik Şurası iki qətnamə qəbul edib. Eyni zamanda Cenevrədə görüşlər keçirilir, atəşkəsin möhkəmləndirilməsi və humanitar yardım məsələsi müzakirə olunur”.
Rusiya xarici işlər naziri Suriyaya bu ölkənin qanuni hökumətinin dəvəti ilə gəldiklərini vurğulayıb: "Buna qədər demək olar ki, 5 il BMT-nin Nizamnaməsini kobud surətdə pozaraq Suriyanı bombalayırdılar. Bu, hamı üçün məqbul idi, heç kəs Avropada qaçqınların artmasını qeyd etmirdi. İndi yenidən hər şeyə görə bizi günahlandırırlar”. (apa)
Qlobal.az



