Lavrov F-16-nın Ukraynaya verilməsində Rusiya üçün “nüvə təhlükəsi” görür
İyul 13
13:16
2023
Moskva ABŞ-ın F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi faktına nüvə sahəsində təhlükə kimi baxacaq.
Qaynarinfo xəbər verir ki, bunu Lenta.ru-ya müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Xarici işlər naziri vurğulayıb ki, ABŞ və onun NATO müttəfiqləri Rusiya ilə birbaşa silahlı toqquşma riski yaradır və onun mümkün nəticələrini fəlakətlidir.
"Hərbi əməliyyatlar zamanı hərbçilərimiz qeyd olunan tipli hər bir xüsusi təyyarənin nüvə silahının çatdırılması üçün təchiz olunub-olunmadığını müəyyənləşdirməyəcək. Ukrayna Silahlı Qüvvələrində bu cür sistemlərin meydana çıxması faktı bizim tərəfimizdən Qərbdən nüvə sahəsində təhlükə kimi qiymətləndiriləcək”, - Lavrov qeyd edib.
Rusiyanın Ukrayna müharibəsində nüvə silahından istifadə ehtimalı ilə bağlı sualı cavablandıran Lavrov xatırladıb ki, bu cür silahlardan istifadə senariləri Rusiya Federasiyasının Hərbi Doktrinasında aydın şəkildə müəyyən edilib.
"Eyni zamanda, diqqəti cəlb etmək istərdim ki, ABŞ və onun NATO peykləri Rusiya ilə birbaşa silahlı toqquşma riski yaradır və bu, fəlakətli nəticələrlə doludur”, - deyə nazir əlavə edib.