SON XƏBƏR

"Lavrov ermənidir və indi də ermənilik edir...”

Fevral 17
21:25 2016
Politoloq Rusiya xarici işlər nazirinin bütün imkanları ilə işğalçı Ermənistanı müdafiə etdiyini deyib.
 
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru Mübariz Əhmədoğlu bu gün keçirdiyi "Qarabağ saatı”nda münaqişənin həllinə yönəlik prosesləri dəyərləndirib.
 
M.Əhmədoğlu ilk olaraq, Azərbaycanın dünyada davam edən iqtisadi böhran fonunda öz dayanıqlılığını qoruyub saxladığını və Qarabağ münaqişəsinin nizamlanması məsələsində qətiyyətli mövqeyini dəyişmədiyini bildirib.
 
Politoloq daha sonra ATƏT-in Mins qrupunun həmsədrlərinin fəaliyyətini tənqid edib və bu sırada ABŞ-dan olan həmsədr Ceyms Uorlikin son fikirləri üzərində xüsusi dayanıb: "Ceyms Uorlik deyir ki, status-kvo dəyişməlidir, amma münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır. Bu necə ola bilər? Əgər status-kvo dəyişməlidirsə, bu o deməkdir ki, hərbçilərin mövqeyi də dəyişməlidir və proses də bu istiqamətdə davam etdirilməlidir. Amma həmsədrlərin "münaqişə sülh yolu ilə həll olunmallıdır” kimi mövqeyi erməniləri müdafiə etməkdir, bu problemi sonsuza qədər uzatmaqdır. Uorlik heç olmasa deyə bilərdi ki, status-kvo dəyişməlidir və münaqişənin həllinin sülh yolu ilə tapılması arzuolunandır. Bu artıq tamam başqa cür qiymətləndirilərdi”.
 
M.Əhmədoğlu Rusiya xarici işlər naziri Sergey Lavrovu da Ermənistanı dəstəkləməkdə günahlandırıb: "Lavrov 2014-cü ildə iki dəfə işğal altındakı Azərbaycan ərazilərinin boşaldılması haqqında iki dəfə fikir bildirib.
 
Amma indi durub deyirlər ki, belə bir bəyanat verilməyib. Necə verilməyib ki, həmin bəyanatlar Rusiya Xarici İşlər Nazirliyinin də saytında yerləşdirilmişdi.
 
Bu onu göstərir ki, nizamlama prosesində Ermənistanın mövqeyi zəiflədikdə, Lavrov yenə onları müdafiə edir. Bu da səbəbsiz deyil – Lavrov ermənidir və indi də ermənilik edir”.(Gün.Az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook