Lavrov ATƏT-i kəskin tənqid edib
Dekabr 03
08:28
2025
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) hazırkı vəziyyət acınacaqlıdır.
"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rossiyskaya qazeta"da dərc olunan məqaləsində bildirib.
Rusiya XİN rəhbəri əlavə edib ki, təşkilat regional münaqişələrin həllində dürüst vasitəçi ola bilməyib: "Təsisçilərinin nəzərdə tutduğu kimi, təşkilatın ən mühüm funksiyaları erkən xəbərdarlıq və mübahisələrin həlli idi. Bununla belə, ATƏT regional münaqişələrin həllində dürüst vasitəçi ola bilmədi".



