Lavrov Asiya-Sakit Okean regionu ölkələrinə NATO ilə bağlı xəbərdarlıq edib
May 29
14:11
2024
Asiya-Sakit Okean regionunun bir çox ölkələri Şimali Atlantika Alyansının regionun təhlükəsizliyini təmin etməsindən çəkinməlidir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı münaqişənin həlli mövzusunda xarici diplomatik missiyaların rəhbərləri ilə görüşündə deyib.
Nazir NATO-nun baş katibi Yens Stoltenberqin Avro-Atlantik və Asiya-Sakit Okean regionunun təhlükəsizliyinin "ayrılmazlığı” ilə bağlı sözlərinə diqqət çəkib.
"Qitəmizin bir çox ölkələri NATO-nun təhlükəsizliyimizi təmin etməyə cəhd edəcəyinə hazırlaşmalıdır”, - deyə Lavrov vurğulayıb.