Latın qrafikalı Krım-tatar əlifbasının təqdimatını AZƏRBAYCANLI TƏŞKİL EDİR
Mart 27
16:24
2016
Bu günlərdə Krım tatarlarının taleyi və türk-müsəlman dünyası üçün tarixi hadisə gözlənilir.
Martın 29-u, saat 12-də Ukrayna Elm və Təhsil Nazirliyinin kollegiya zalında geniş ictimaiyyətin; nazirlər, deputatlar, parlamentin komitə sədrləri, Krım-tatar xalqının liderləri, diplomatlar və s. iştirakı ilə latın qrafıkalı Krım-tatar əlifbasının qəbulu ilə bağlı son dinləmələr və bu əlifbanın təsdiqi mərasimi olacaq. Canlı olaraq yayımlanacaq mərasimdə ölkənin Elm və Təhsil naziri Sergey Kvit təhsildə Krım-tatar latın qrafikası əlifbasına keçid barədə sənədi imzalayacaq. Bundan sonra sözügedən sənəd Nazirlər Komitəsində təsdiq olunmaqla bütün sahələrə şamil olunacaqdır . Diqqətəlayiq haldır ki, Krım-tatar əlifbasına keçidlə bağlı hökumət işçi qrupuna və təqdimat mərasiminin təşkilinə Ukraynadakı nüfuzlu soydaşlarımızdan biri – Ukrayna Elm və Təhsl nazirinin müşaviri Elxan Nuriyev rəhbərlik edir. Bu barədə məlumatı hafta.az saytına Elxan bəy özü verib. Həmvətənimizin saytımıza geniş müsahibəsini, inşallah, yaxın günlərdə oxuya bilərsiniz. (Hafta.az)
Qlobal.az