Lady Gagadan humanist addım
May 07
08:18
2016
Dünyaca məşhur müğənni Lady Gaga "Love Bravery" adını verdiyi geyim kolleksiyasının ötən gün Nyu-Yorkdakı "Macys" mağazasında təqdimatını edib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Gaganın bacısı Natali ilə yanaşı Elton Con və dizayner Brandon Maksvell ilə birlikdə hazırladığı kolleksiya, məhdud sayda hissələrdən ibarətdir. Bütün hissələrin 100 dollara satıldığı kolleksiyadan gələn 25 faiz gəlir, Lady Gaganın xeyriyyə qurumu olan "Born This Way Fondu" və "Elton Con" QİÇS Fonduna bağışlanacaq.
Qlobal.az