Laçınlı məktəblilər Xocalı faciəsinin 24-cü ildönümünü anıblar
Fevral 24
22:53
2016
"20-ci əsrin sonunda dünyanın gözü qarşısında baş verən bu kütləvi qırğın hadisəsi qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi"
Bu fikirləri millət vəkili Mahir Abbaszadə Laçın rayon 28 saylı tam orta məktəbində Xocalı soyqırımının 24-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə səsləndirib.
Öncə Xocalıda vəhşicəsinə qətl edilmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.... Millət vəkili bildirib ki, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoyulmadan həyata keçirilən bu soyqırım aktı xalqımızın azadlıq və müstəqillik istəyini məhv etməyə yönələn siyasi addımdır. Mahir Abbaszadə vurğulayıb ki, ulu öndər Heydər Əliyevin növbəti dəfə hakimiyyətə gəldikdən sonra faciəyə siyasi-hüquqi qiyməti verildi. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Bu istiqamətdə Heydər Əliyev Fondunun görüdüyü işlər danılmazdır.
Deputat onu da qeyd edib ki, Fondun vitse prezidenti Leyla Əliyevanın təşəbüssü ilə həyata keçirilən "Xocalıya ədalət ”kampaniyası da faciənin dünya içtimaiyyətinə çatdıırlmasında mühüm rol oynayır. Məhz bu kampaniya sayəsində Xocalı faciəsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Daha sonra şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olunub, şagirdlərin bir qrupu Xocalıya və şəhidlərə həsr olunmuş şeir ifa ediblər.
Karabakhmedia.az












