Laçınlı döyüşçülər mükafatlandırıldı - FOTOLAR
Fevral 12
20:47
2016
Torpaqlarımızın azdlığı və müdafiəsi uğrunda döyüşən bir qrup laçınlı döyüşçülər mükafatlandırılıb.
Birlikdən Karabakhmedia.az-a verilən məlumata görə QMƏVŞAİB-ni yaranmasının 15 illiyinə həsr olunmuş tədbirdə laçınlı döyüşçülər- Babək Aslanov, Çingiz Abbasov, Habil Muradov, Firdovsi Tağıyev, Xəyyam Nəsirov, Nəriman Süleymanov , Rəfail Mirzəyev, Əli Cəfərov , Murad Kərimov, Nazim Qəhrəmanov , Mürşüd Abbasov , Faiq Həsənov , Sevindik Quliyev , Rauf Fərzəliyev , Ramiz Məmiyev, Babək Məmmədov Birliyinin təsis etdiyi "Fədai" medalı ilə mükafatlandırılıb.
Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Babək Aslanov dövlətin sözügedən kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən danışaraq göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə laçınlı döyüşçülər adından təşəkkür edib.
Karabakhmedia.az









