SON XƏBƏR

Laçının tanınmış ziyalısı, sabiq deputat Səlim Səlimov vəfat edib

Mart 24
12:16 2024
Laçının tanınmış ziyalısı, keçmiş deputat (1990- 1995) Səlim Səlimov vəfat edib. 

Səlim İsmayıl oğlu Səlimov 11 oktyabr 1941-ci ildə Laçın rayonunun Xaçınyalı kəndində anadan olmuşdu. 

1963-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olmuşdur.

1969-cu ildə dilçi-ədəbiyyatçı, azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası alaraq universiteti bitirmişdir.

1956-cı ildən ÜİLKGİ-nin, 1968-ci ilin yanvar ayından isə Azərbaycan KP-nın üzvü olmuşdur.

1973–1975-ci illərdə Bakı Ali Partiya Məktəbinin tam kursunu bitirmişdir.

1971-ci ildə 56 saylı seçki dairəsindən XIII çağırış, 1975-ci ildə 51 saylı seçki dairəsindən XIV çağırış Laçın Rayon Zəhmətkeşlərin Deputatları Sovetinə, 1979-cu ildə isə 50 saylı seçki dairəsindən XV çağırış Laçın Rayon Xalq Deputatları Sovetinə deputat seçilmişdir.

Laçın rayon VII (1978), VIII (1980), IX (1983) partiya konfranslarının üzvü olmuşdur.

1971–1973-cü illərdə Azərbaycan ÜİLKGİ Laçın rayon Komsomolun katibi işləmişdir.

1981-ci ildə Azərbaycan SSR "Bilik" cəmiyyətinin üzvü olaraq mühazirəçi olmuşdur.

1986–1988-ci illərdə Azərbaycan KP Laçın rayon komitəsinin II katibi işləmişdir.

1990-ci ildə Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1990–1995) olmuşdur. 

Səlim Səlimov 1996-cı ildən təqaüdçüdür.

Səlim Səlimov uzun sürən xəstəlikdən sonra 23 mart 2024 cü ildə Bakı şəhərində vəfat edib. 

24 mart 13:00-  da Suraxanı Rayonu Dədə Qorqud qəbirsanlığında dəfn olunacaq.

Mərhumun 3-7 mərasimi 26 mart Heydər məscidinin 3-cü mərtəbəsində  keçirləcək.

Ailə üzvlərinə və bütün yaxınlarına baş sağlığı veririk. 

Allah rəhmət eləsin!

Ramil Cəbrayıl
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook