Laçındakı ermənilər Zabux kəndindən çıxarılır?
İyun 10
12:12
2022
"İyunun 8-də "Milli Demokratik Partiyası” xəbər yayıb ki, Xankəndidən yüksək rütbəli bir məmur bu yaxınlarda Zabux kəndi sakinlərini ailələri ilə birlikdə kəndi tərk etməyə razı salmaq üçün Laçın rayonunun Zabux icmasına səfər edib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Hraparak” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, "Laçın dəhlizi”nə alternativ yol çəkildikdən sonra Zabux kəndinin Azərbaycan hərbçilərinin nəzarətinə keçəcəyi barədə xəbərlər yayılıb.



