SON XƏBƏR

Laçında fəhlənin minaya düşərək ölməsi ilə bağlı cinayət işi başlanılıb

Aprel 30
12:03 2022
Laçında fəhlə - 1992-ci il təvəllüdlü Pərvin Salahovun minaya düşərək ölməsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, qurumun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsləri ilə cinayət işi açılıb, istintaqı aparılır.

Xatırladaq ki, P.Salahov aprelin 29-da Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Daha sonra Bakıda yerləşən xəstəxanaların birinə yerləşdirilən fəhlə orada ölüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook