SON XƏBƏR

Laçında 2 hərbçimiz minaya düşdü

Avqust 22
13:20 2022
Laçında 2 hərbçimiz minaya düşüb.

Bu barədə Qaynarinfo-ya Qubadlı Hərbi Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, 2 hərbçimizin Laçında minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.

Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı Qubadlı hərbi prokurorluğunda araşdırma aparılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook