"Laçına getmək istəyirəm..." — Qəzənfər Hüseynovun gündəliyindən
Dekabr 03
00:12
2018
Axı mənim kimilərin də öz dünyaları var, öz yurdlarına dönmək arzuları var...
... Sizi bilmirəm, mən artıq verilən sözlərdən doymuşam, qatarla Ağdama gedib, avtomobillə Şuşaya qalxmaq, oradan da Laçına getmək istəyirəm.
Şuşada ciyərləri doyuran hava udmaq istəyirəm.
Laçında təzə tikdirdiyim, içində 11 ay yaşadığım evimdə ömrümün son dövrünü yaşamaq istəyirəm, Laçında "Dağdağan bulağı"ndan bir ovuc su içmək istəyirəm.
Cicimli kəndindəki "Qoşa kümbəzlər” qəbirstanlığında dəfn edilmiş, 34 yaşında dünyasını dəyişmiş atamın, Güləbird kəndində Sarı Aşığın abidəsinin yanındakı qəbirstanlıqda dəfn edilən, mənə ata-ana əvəzi olan babamın, nənəmin məzarlarını ziyarət etmək istəyirəm.
Laçında hündür bir təpənin üstündə yerləşən evimin qarşısından, atamın 1945- ci ildə Berlindən "trofey” kimi gətirdiyi "nemeski” durbinlə qarşıdakı Kiçik Qafqazın hündür zirvələrinə, günəşin Arazdan doğmasına, Dəli dağın arxasından keçərək batmasına baxmaq istəyirəm.
Laçında "şəhərin başı" deyilən yerdə dayanıb camaatımızla hal-əhval tutmaq istəyirəm.
"Nurunun çayxanasına” bir çaynik çay sifariş edib, ayağımı-ayağımın üstünə aşırıb, dostlarımla dərdləşmək istəyirəm. İstəyirəm ki, "şəhərin ayağında” yanan klubun qarşısında kino filmlər üçün afişa vurulan akasiya ağacının yerində duram, uşaqlıq xatirələrimi canlandıram.
Bəlkə də mənim arzularım kimin üçünsə əlçatmaz ola bilər. Amma mən elə düşünmürəm, biz Laçına qayıtmalıyıq, düşünürəm ki, axı mən nəyə görə doğulduğum şəhərimdə yaşamayım, niyə Güləbirddən tutmuş Qovuşuğa qədər, Zabuxdan tutmuş Şeylanlıya qədər, Laçından Alıcana qədər, Nağdalıya qədər, Oğuldərəyə qədər, Fərraşa qədər və s. kəndlərimizi gəzməyim? Cavanlığımda gəzdiyim Çalbayır, Qul Alı, Nərdivan, Qırqız, Kirs yaylaqlarını bir daha görməyim? Niyə Ağayunus "Turş su", Tığıik "Turşsu", Şamkənd "Narzan" bulaqlarının üstündə süfrə açmayım, suyundan içməyim, niyə Minkənd istisuyunda, Qul Alı yaylağında Sünnət dərəsindəki Şorluq İstusuyunda, Həkəri çayının qıjdavlarında, Şəlvədə "Qazan göl”də çimməyim ki?
Düşünürəm ki, bəlkə 1990- cı illərdə hakimiyyətini əlində saxlaya bilməyən Vəzirovu, Mütəllibovu, onu zor gücünə yıxaraq hakimyyətə gələn və hakimiyyəti əlində saxlaya bilməyərək doğulduğu kəndinə gedən rəhmətlik Elçibəyi və nəhayət 25 ildir ki, Qarabağ məsələsini həll edə bilməyən indiki hakimiyyəti qınamaq mənim haqqım deyil?
Mən başa düşürəm, dünya birliyi var, qonşuluğumuzda bu müharibəni nəzarətində saxlayan, bizdən başqa Moldovada, Gürcüstanda və Ukraynada da münaqişələrin sahibi olan Rusiya var, BMT, ATƏT var və s. səbəblər var, axı bunlardan mənə nə? Axı mənim kimilərin də öz dünyaları var, öz yurdlarına dönmək arzuları var...
Axı bütün azərbaycanlılar kimi vaxtı ilə bizim dədə-babalarımızın yaşadıqları indiki Ermənistan deyilən dövlətdən bir qarış da olsun belə torpaq iddiasında deyilik, biz dünya birliyi tərəfindən tanınan, BMT tərəfindən təsdiq edilən öz halal ərazilərimizi oğurlayandan yerimizi istəyirik.
Bircə onu bilirəm ki, dünyada haqq deyilən bir müqəddəs dəyər var, onu əymək olar, amma qırmaq mümkünsüzdür.
Biz yaşlı nəsl, bu arzular qəlbimizi neştərləyə-neştərləyə bir təhər dözəcəyik.
Əgər millət-xalq ola bilsək gənc nəsl haqqı hökmən görəcək, inşəAllah!
"Laçına getmək istəyirəm..." — Qəzənfər Hüseynovun gündəliyindənHaqqı əlinizdən bizim kimi heç zaman buraxmayın, möhkəm yapışın Haqdan!
Haqqı görəcəklərə salam olsun!
Laçın rayonunun tanınmış ziyalısı, hazırda məcburi köçkün kimi Bakıda məskunlaşmış el ağsaqqalı Qəzənfər Hüseynovun "Xəyallarda qalan Laçın” adlı xatirə-gündəliyini oxuculara təqdim edirik:
Şuşada ciyərləri doyuran hava udmaq istəyirəm.
Laçında təzə tikdirdiyim, içində 11 ay yaşadığım evimdə ömrümün son dövrünü yaşamaq istəyirəm, Laçında "Dağdağan bulağı"ndan bir ovuc su içmək istəyirəm.
Cicimli kəndindəki "Qoşa kümbəzlər” qəbirstanlığında dəfn edilmiş, 34 yaşında dünyasını dəyişmiş atamın, Güləbird kəndində Sarı Aşığın abidəsinin yanındakı qəbirstanlıqda dəfn edilən, mənə ata-ana əvəzi olan babamın, nənəmin məzarlarını ziyarət etmək istəyirəm.
Laçında hündür bir təpənin üstündə yerləşən evimin qarşısından, atamın 1945- ci ildə Berlindən "trofey” kimi gətirdiyi "nemeski” durbinlə qarşıdakı Kiçik Qafqazın hündür zirvələrinə, günəşin Arazdan doğmasına, Dəli dağın arxasından keçərək batmasına baxmaq istəyirəm.
Laçında "şəhərin başı" deyilən yerdə dayanıb camaatımızla hal-əhval tutmaq istəyirəm.
"Nurunun çayxanasına” bir çaynik çay sifariş edib, ayağımı-ayağımın üstünə aşırıb, dostlarımla dərdləşmək istəyirəm. İstəyirəm ki, "şəhərin ayağında” yanan klubun qarşısında kino filmlər üçün afişa vurulan akasiya ağacının yerində duram, uşaqlıq xatirələrimi canlandıram.
Bəlkə də mənim arzularım kimin üçünsə əlçatmaz ola bilər. Amma mən elə düşünmürəm, biz Laçına qayıtmalıyıq, düşünürəm ki, axı mən nəyə görə doğulduğum şəhərimdə yaşamayım, niyə Güləbirddən tutmuş Qovuşuğa qədər, Zabuxdan tutmuş Şeylanlıya qədər, Laçından Alıcana qədər, Nağdalıya qədər, Oğuldərəyə qədər, Fərraşa qədər və s. kəndlərimizi gəzməyim? Cavanlığımda gəzdiyim Çalbayır, Qul Alı, Nərdivan, Qırqız, Kirs yaylaqlarını bir daha görməyim? Niyə Ağayunus "Turş su", Tığıik "Turşsu", Şamkənd "Narzan" bulaqlarının üstündə süfrə açmayım, suyundan içməyim, niyə Minkənd istisuyunda, Qul Alı yaylağında Sünnət dərəsindəki Şorluq İstusuyunda, Həkəri çayının qıjdavlarında, Şəlvədə "Qazan göl”də çimməyim ki?
Bəlkə çox şey istəyirəm?
Düşünürəm ki, bəlkə 1990- cı illərdə hakimiyyətini əlində saxlaya bilməyən Vəzirovu, Mütəllibovu, onu zor gücünə yıxaraq hakimyyətə gələn və hakimiyyəti əlində saxlaya bilməyərək doğulduğu kəndinə gedən rəhmətlik Elçibəyi və nəhayət 25 ildir ki, Qarabağ məsələsini həll edə bilməyən indiki hakimiyyəti qınamaq mənim haqqım deyil?
Mən başa düşürəm, dünya birliyi var, qonşuluğumuzda bu müharibəni nəzarətində saxlayan, bizdən başqa Moldovada, Gürcüstanda və Ukraynada da münaqişələrin sahibi olan Rusiya var, BMT, ATƏT var və s. səbəblər var, axı bunlardan mənə nə? Axı mənim kimilərin də öz dünyaları var, öz yurdlarına dönmək arzuları var...
Axı bütün azərbaycanlılar kimi vaxtı ilə bizim dədə-babalarımızın yaşadıqları indiki Ermənistan deyilən dövlətdən bir qarış da olsun belə torpaq iddiasında deyilik, biz dünya birliyi tərəfindən tanınan, BMT tərəfindən təsdiq edilən öz halal ərazilərimizi oğurlayandan yerimizi istəyirik.
Bu dünyada istiqrara cavabdeh olan BMT hara baxır? Yuqoslaviyada serblərin qonşu dövlətlərə saldırılarını qısa müddətə dayandıran Amerika, Qərb ölkələri bu işğala qarşı niyə susqundurlar? Niyələr çoxdur, müxtəlif və çoxlu cavabları da vardır, amma bu cavablar mənim arzumu gerçəkləndirməyəcək. Arzularımızı güclü xalq, güclü Azərbaycan dövləti gerçəkləşdirəcək.
Bircə onu bilirəm ki, dünyada haqq deyilən bir müqəddəs dəyər var, onu əymək olar, amma qırmaq mümkünsüzdür.
Biz yaşlı nəsl, bu arzular qəlbimizi neştərləyə-neştərləyə bir təhər dözəcəyik.
Əgər millət-xalq ola bilsək gənc nəsl haqqı hökmən görəcək, inşəAllah!
"Laçına getmək istəyirəm..." — Qəzənfər Hüseynovun gündəliyindənHaqqı əlinizdən bizim kimi heç zaman buraxmayın, möhkəm yapışın Haqdan!
Haqqı görəcəklərə salam olsun!
(ardı var)
Qəzənfər Hüseynov
Karabakhmedia.az