SON XƏBƏR

"Laçın yurdu"nun 5 yaşına Laçınlı günlər arzusu ilə

May 01
02:13 2016
"Laşın yurdu” yurnalı yarandığı gündən – beş il ərzində laçınsevərlərin stolüstü jurnalına çevrilib. Biz bu jurnal vasitəsi ilə qədim Oğuz yurdu olan Laçının tarixi, etnoqrafiyası, adət-ənənələri, iqlimi, sosial şəraiti, hələ çoxlarına məlum olmayan sənətkarları, vətən-el qeyrəti çəkən saysız-hesabsız qəhrəmanları, bir sözlə dünəni, bu günü, sabahı haqqında geniş məlumatlar əldə edir, maariflənir, zənginləşirik. 

"O kənd bizim kəndimizdi”, "Həmsöhət”, "Ovqat”, "Axtar babaları”, "Kimlər keçdi bu dünyadan” rubrikaları altında verilmiş yazılar bizim qan yaddaşımızı oyadırsa, "Anım”, "Qazilərimiz”, "Şəhidlərimiz” başlıqlı yazılar bu günümüzün reallıqlarını özündə əks etdirir, "Folklorumuz”, "Araşdırma”, "Münasibət”, "Adlarımız” rubrikalarında isə müəlliflərin yozumları, düşüncələri, araşdırmaları ilə tanış oluruq. Bütün bunlar da jurnalın daha çox oxunaqlı olmasına, sevilməsinə səbəb olan amillərdəndir. "Nəsr”, "Poeziya”, "Publisistika” bölmələrində həm klassiklərimizə, həm tanınmış müasir şair və yazıçılarımıza, həm də yaradıcılığa yeni başlayan yazarlarımıza yer verilməsi də təqdirəlayiqdir.

Hamımıza yaxşı məlumdur ki, qəzet, jurnal "kollektiv əməyin” məhsulu hesab edilir. "Laçın yurdu” jurnalının 5 yaşının tamam olması münasibəti ilə ictimai əsaslarla çıxan bu mətbu orqanın işıq üzü görməsində zəhməti olan, heç bir təmənna ummayan yaradıcı heyəti, müəllifləri və sadiq oxucuları təbrik edir, sizlərə Laçınlı günlər arzulayıram.
 
Mütəllim HƏSƏNOV
 
Karabakhmedia.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook