Laçın-Xankəndi yolundakı aksiya 127 gündür davam edir

Aprel 17
08:49
2023
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, ictimai fəallar aksiyanı gecə boyu davam etdirib. Bu gün də günə Azərbaycan Dövlət Himnin səsləndirməklə başlayıb.