“Laçın” sərhəd-buraxılış məntəqəsindən keçən erməniəsilli şəxs Azərbaycan dilində danışıb
Avqust 23
12:40
2023
Xankəndi-Gorus istiqamətində "Laçın” sərhəd-buraxılış məntəqəsindən bu gün keçid edən daha bir erməniəsilli şəxs sərbəst keçidin təmin olunmasından razılığını bildirib.
Erməniəsilli şəxs azərbaycanlı jurnalistlərin "Necə idi? Sizə hər hansı bir maneə yaradıldımı?” sualına Azərbaycan dilində "qəşəng” deyərək cavab verib.
"Report”un Laçına ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, o, bu barədə azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.