SON XƏBƏR

Laçın rayon Mərkəzi Xəstəxanası inkişaf yolunda: Maddi-baza yenilənir (FOTOLAR)

Aprel 18
00:01 2022
Azərbaycanda son illər digər sahələrdə olduğu kimi səhiyyə sistemi də böyük inkişaf dövrü yaşayır. 
 
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqəti sahəsində ölkəmizdə yeni, müasir standartlara cavab verən tibb müəssisələri inşa edilir, ən yeni texnoloji avadanlıqlar ölkəmizə gətirilir. Burada önəmli olan məqamlardan biri respublikamızın mərkəzi şəhər və rayonlarının tibb müəssisələri ilə yanaşı, ən ucqar rayonların tibb müəsssisələrinin də kadr potesialı cəhətdən inkişaf etməsi, maddi-texniki bazasının yenilənməsidir. 
 
Qlobal.az xəbər verir ki, maddi-texniki bazası yenilənən, sürətli inkişaf dövrünü yaşayan xəstəxanalardan biri də Laçın rayon Mərkəzi Xəstəxanasıdır. Qeyd edək ki, Laçın rayon Mərkəzi Xəstəxanasının tabeliyində 18 xəstəxana, 19 ambulator poliklinika, 83 tibb və feldşer-mama məntəqəsi, 1 təcili tibbi yardım stansiyası fəaliyyət göstərir. Bu tibb müəssisələrində ümumilikdə 100 nəfər həkim, 423 nəfər orta tibb işçisi çalışır. 
 
Laçın rayon Mərkəzi Xəstəxanasının baş həkimi Güllü İbadovanın rəhbərliyi altında müəssisənin peşəkar tibbi kollektivi əhalinin sağlamlığının qorunması istiqamətində öhdələrinə düşən vəzifə borclarını şərəflə yerinə yetirirlər. 
 
Laçın rayon Mərkəzi Xəstəxanası maddi-texniki bazanın formalaşmasına da ciddi əhəmiyyət verir. Xəstəxananın balansında olan avtomobillərin təmirinə diqqət edilir. Cari ildə də Laçın rayon Mərkəzi Xəstəxanası balansında olan növbəti "UAZ" tipli avtomobili təmir etdirib. Əsaslı təmirə edilən avtomobil qısa zamandan sonra yenidən Mərkəzi Xəstəxananın istifadəsinə veriləcək. 
 
Qeyd edək ki, Laçın rayon Mərkəzi Xəstəxanasının "UAZ" markalı maşınını ölkəmizdə avtomobillərin təmiri sahəsində böyük təcrübəyə malik "Hikmet-2000" Məhdud Məsuliyyətli Cəmiyyəti təmir edib.
 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook