KXDR Cənubi Koreya adalarına doğru 200-ə yaxın artilleriya mərmisi atıb - Əhali təxliyə edilir
Yanvar 05
11:05
2024
Koreya Xalq Demokratik Respublikası (KXDR) qərb sahilindən Cənubi Koreya adalarına doğru 200-ə yaxın artilleriya mərmisi atıb.
Yerli hakimiyyət orqanları Cənubi Koreya hərbçilərindən bununla bağlı göstəriş aldıqdan sonra kütləvi evakuasiya elan edib.
"Report” xəbər verir ki, bu barədə "Yonhap” agentliyi məlumat yayıb.
Qeyd edək ki, 2010-cu ildə Şimali Koreyanın artilleriya atəşinə məruz qalan Cənubi Koreyanın nəzarətində olan Yenpxyendo adasının sakinlərinə Pxenyanın "mümkün təxribatı” fonunda dərhal təxliyə əmri verilib.