"KVN"çilər Hadı Rəcəblini "canlandırdılar"- VİDEO
May 30
11:53
2016
"KVN Bakı" klubunun təqdim etdiyi "Hamı Avroppalara" adlı tamaşada Hadı Rəcəbli parodiya olunub.
Qeyd edək ki, ötən ilin əvvəlində Hadı Rəcəblinin mətbuatda səsləndirdiyi "Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır" sözləri respublikada müəllimlərin narazılığına səbəb olmuşdu. O zaman Hadı Rəcəbli ölkə müəllimlərinə fərdi tikintilərdə usta işləyən Lənkəran rayonunun Veravul kənd müəllimi Balabəy Qurbanovu nümunə göstərmişdi.
Xatırladaq ki, Hadı Rəcəbli ölkə müəllimlərinin kəskin etirazına səbəb olan bu sözlərinin bəzi media orqanları tərəfindən təhrif olunduğunu demişdir.
Qlobal.az YouTube sosial şəbəkəsində yayılmış "Hamı Avroppalara" tamaşasından sözügedən hissəni təqdim edir: