SON XƏBƏR

Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq təşkil olunacaq

Fevral 24
11:47 2016
Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2016-cı il tarixli, 753 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 223-11-ci maddəsinə bəzi dəyişikliklər olunmuşdur. Dəyişikliklərə əsasən kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan Azərbaycan Respublikasının ərazisində yayımına və kütləvi nümayiş etdirilməsinə görə iki min manat miqdarında cərimə olunur.
 
Müvafiq qanunvericiliyə uyğun olaraq ölkə ərazisində yayımına və kütləvi nümayişinə icazə verilən bütün filmlər Mədəniyyət və Turizm Nazirliyində qeydə alınmalı və Filmlərin Dövlət Reyestrinə daxil edilməlidir.
 
Sözügedən qərar mətbuatda və sosial şəbəkələrdə birmənalı qarşılanmamış və bəzi mübahisəli fikirlərin meydana gəlməsinə səbəb olmuşdur.
 
Qərarın düzgün anlaşılmasında meydana çıxan mübahisəli məqamlara aydınlıq gətirmək məqsədilə 24 fevral 2016-cı il tarixində, saat 16:00-da Nizami Kino Mərkəzinin Mətbuat Klubunda KİV nümayəndələri üçün brifinq təşkil olunacaqdır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook