SON XƏBƏR
  • "Vüsal 300" ev dustaqlığına buraxıldıBir müddət əvvəl həbs edilən "Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu ev dustaqlığına buraxılıb. "Report"un əldə etdiyi xəbərə görə, bu barədə Xətai rayon Məhkəməsi qərar verib. ..
  • Əlisəmid Kür vəfat etdiŞair Əlisəmid Kür (Cəfərli) vəfat edib. Bu barədə APA-ya şairin ailə üzvləri məlumat veriblər. Ailəsinin bildirdiyinə görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib. Qeyd edək ki, səhhətində..
  • Şərurlu İsfəndiyar kabinetində gizli çəkiliş edib - VİDEOMəşhur iş adamı şərurlu İsfəndiyarla bağlı qalmaqallı iddia ortaya atılıb. Qlobal.az xəbər verir ki, onun APA TV-nin əməkdaşlarını gizli şəkildə çəkərək kanalı təhdid etdiyi bildirilib. İddiaya ..
  • Nizami rayonunda ağacı hasarlayaraq MİS-ə anbar tikilib - VİDEOBakının Nizami rayonu, Nəsimi küçəsi 37 ünvanında ağacı hasara alaraq anbar tikiblər. Əvvəlcə ağacın ətrafını armaturla toxuyub, sonra daşla hörüblər. Xezerxeber.az-ın məlumatına görə, bununla b..
  • "Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib"Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib. Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 171 xalı olan Azərbaycan ..
  • Fransanın Baş naziri yeni hökuməti formalaşdırıbFransanın Baş naziri Sebastyen Lekornyu yeni hökuməti formalaşdırıb. "Report"un xəbərinə görə, bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən məlumat yayıb. Jan-Noel Barrot xarici işl..
  • "İsraili təhlükəsizlik sınaqları gözləyir" - Netanyahuİsrail hələ də təhlükəsizlik sınaqları ilə üzləşir, bəzi düşmənləri yenidən hücum etmək üçün bərpa olunmağa çalışırlar. "Report"un xəbərinə görə, yəhudi dövlətinin Baş naziri Binyamin Netanyahu ..
  • Azərbaycanlı pianoçu Londonda solo konsertlə çıxış etdiBeynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü Vüsalə Babayeva London Transport Muzeyində növbəti dəfə solo konsert proqramı ilə çıxış edib. AZƏRTAC xəbər verir ki, Vüsalə Babayeva konsert..
  • Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)Milli Məclisin sabiq sədri Rəsul Quliyevin ailəsi 30 ildən sonra ilk dəfə Bakıya gəlib. "Qafqazinfo” xəbər verir ki, bu barədə sabiq spikerin qızı Xanım Hənna feysbuk hesabında məlumat yayıb. O ..
  • Prezident Misirə getdiPrezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gəlib. ..

“Kursus-Nizami” MTK Nizami rayonunda narazılıq yaradır

Fevral 21
13:17 2025
"Sədərək” ticarət mərkəzinin rəhbəri Yusif Qədimbəyliyə məxsus olduğu bildirilən və "Qarayev Residence” kimi tanınan "Kursus-Nizami” MTK-nın qanuni təmsilçisi Elnur Cəlal oğlu Hüseynov Nizami rayonu, Kamil Balakişiyev küçəsindəki 41 və 43 nömrəli ünvanda mənzillərini uçurtduğu narazı sakinləri razı salmaq əvəzinə, mətbuatı susdurmağa çalışır.

E.Hüseynov Pravda.az-la əlaqə saxlayaraq, kobud formada sakinlərin iddialarının yalan olduğunu bildirib. O qeyd edib ki, binalar məhkəmə qərarı əsasında, polis əməkdaşlarının müşayiəti ilə sökülür.

Şikayətin dərc edilməsinə görə narahat olduğu görünən şirkət rəhbəri mövqe bildirmək, məsələyə aydınlıq gətirmək əvəzinə, media subyektini mühakimə edib ki, məlumat mövqe olmadan dərc olunub, ona görə də "prokratura”ya (prokurorluq-red) şikayət edəcək. Bina sökən iş adamı medianı sakinlərlə qarışıq salmamalıdır. Pravda.az olaraq, vətəndaşların mənzillərini sökən şirkət rəhbərinə bildirdik ki, yazı dərc edilməzdən öncə, qarşı tərəflə, yəni məsul şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Əməkdaşımız hətta Y.Qədimbəylinin adı hallandığından "Sədərək” ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədimlə əlaqə saxlayıb. O da bildirib ki, bu suala cavab verə bilməz. Media qurumu olaraq, nə mümkündürsə etmişik. E.Hüseynovun narazılığı mövqe bildirməklə bağlı idisə, qanunvericiliyin tələblərinə uyğun olaraq, biz ona şərait yaratmışıq. Yox, əgər niyyət şikayət materialının saytda dərc edilməsini əngəlləməkdirsə, bu, mümkün olmayacaq. Prosesin gedişi də belə davam edəcək. Bu cür hallar hər zaman müşahidə edilir: Yazı dərc edilməzdən öncə qarşı tərəf axtarılır, amma əlaqə saxlamaq mümkün olmur, amma yazı dərc edildikdən sonra qəfil peyda olaraq, "mövqe davası”na çıxırlar.

Üstəlik yaydığımız materialda sakinlərdən birinin vəkilinin videomüraciəti də var. Digər vəkil Əkrəm Həsənov da MTK-dan şikayətçidir, dəfələrlə məsələyə toxunub. Şirkətin bu qədər fakta qarşı ciddi arqumenti varsa, təqdim etsin. Ümumi sözlərlə məsələ həll edilmir. Bəlkə gəlib redaksiyanı da sökmək fikrinə düşəsiniz?! Ölkə rəhbərliyi gecə-gündüz vətəndaşların qayğıları ilə maraqlanır, problemlərin həll edilməsinə çalışır, Qarabağı qurur, "Böyük qayıdış" həyata keçirir, insanları evlə, mənzillə, iş yeri ilə təmin edir. Belə olan vəziyyətdə Bakının mərkəzində 5-10 ustadan ibarət komanda vətəndaşları narazı salır. "Kursus-Nizami”nin rəsmi və qeyri-rəsmi rəhbərliyi bilməlidir ki, mülkiyyət hüququ toxunulmazdır. Şikayət varsa, deməli, narazılıq var. Vətəndaşı mütləq razı salmaq lazımdır. Bu, qanunun tələbidir. Belə hallara görə Avropa Məhkəməsinin xeyli qərarı var ki, mülkiyyət hüququ pozulub. Ölkə daxilində baş verən məsələ niyə Avropa Məhkəməsinədək gedib çıxmalıdır?

Yəqin ki, baş verənlərdən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi məlumatlıdır. Çünki sakinlərin bildirdiyinə görə, adıçəkilən qurumlara da müraciət ünvanlanıb. Ümid edirik, qanunun tələbi nədirsə, ona uyğun da tədbir görüləcək. 
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook