Kurskun daha iki kəndi Ukraynanın nəzarətinə keçdi - Döyüşlər Korenevo rayon mərkəzinə yaxınlaşıb
Avqust 14
11:08
2024
Son sutka ərzində Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində daha iki kəndi ələ keçirib.
"AzPolitika” xəbər verir ki, bu barədə Rusiyanın "Aqentstvo” nəşri məlumat yayıb. Xəbəri Rusiyanın hərbi müxbirləri və "Z-bloqer”ləri də təsdiqləyib.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri Sudja şəhərinə nəzarəti davam etdirir və şimal-şərqdə yerləşən Martınovka kəndi istiqamətində hücumlar həyata keçirir.
Bunlar Sudja rayonunun cənubundakı Plexovo və Spalnoe kəndləridir. Plexovonun tutulması barədə Ukrayna "teleqram” kanallarında videolar da yayımlanıb.
Eyni zamanda, hücum əməliyyatının sol cinahında Ukrayna qüvvələrinin irəliləyişi qeydə alınıb. Belə ki, Korenevo qəsəbəsinin 15 km şimal-şərqində aktiv döyüş əməliyyatları baş verib. Bunu NASA peykləri tərəfindən qeydə alınan yanğın məlumatları da təsdiq edir.
Həmçinin, Koronevo rayon mərkəzinin yaxınlığında döyüşlərin getdiyi bildirilir.