"Kursk vilayətinə gələn “Vaqner” yaraqlıları Ukrayna ordusu ilə döyüşə girib" - KİV
Avqust 09
07:13
2024
"Vaqner” özəl hərbi şirkətinin yaraqlıları Rusiyanın Kursk vilayətinə gəliblər və artıq Ukrayna Silahlı Qüvvələri ilə döyüşə giriblər.
"Report” xəbər verir ki, bu barədə Kremlə yaxın "Shot” teleqram kanalı mənbəyə istinadən bildirib.
Xatırladaq ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhəddəki müdafiə xəttini yararaq Kursk vilayətinə soxulub və bir neçə kəndi ələ keçirib. İndiyədək davam edən döyüşlərdə Rusiya ordusu qarşı tərəfi geriyə ata bilməyib. Bölgədə döyüş əməliyyatları zonasının 400 kvadrat kilometrdən artıq olduğu bildirilir.
"Rusiya Müdafiə Nazirliyinin könüllülər korpusunun taborları və "Vaqner” qrupunun döyüşçüləri artıq Sudja yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə qarşı ilk döyüşlərə başlayıblar”, – məlumatda qeyd olunub.