Kürdlər PKK-ya etiraz etdilər
Oktyabr 18
18:34
2015
Türkiyənin Diyarbəkr vilayətinin Yenişehir şəhərində HDP-dən olan bələdiyyə sədrinin Məhəmməd Peyğəmbəri təhqir edən afişa dərc etdirməsi ciddi qalmaqala səbəb olub.
"Qlobalinfo" Türkiyənin FOX tv-nə istinadən xəbər veiri ki, PKK-nın siyasi qolu HDP-dən olan bələdiyyə sədri əhalinin sərt etirazından sonra, afişanı çıxartmağa məcbur olub.
Türkiyə mətbuatının yazdığına görə, qalmaqallı afişadan sonra şəhər sakinləri etiraz aksiyası keçirib.
Peyğəmbərə edilən təhqirə səssiz qalmayacaqlarını deyən sakinlər "Peyğəmbərə uzanan əllər qırılsın", "Rədd olsun PKK" şuarları səsləndiriblər.



