Kürd təşkilatı: “Türkiyədə kommunist terroru var”
Noyabr 25
11:14
2015
"Ölkəmizin cənub-şərqində terror ifadə etmək üçün istifadə edilən "bölücü terror ifadəsi əskik deyimdir. Bölücü terror əslində kommunist terrorunun özüdür”.
Cebhe.info xəbər verir ki, bunu PKK-ya Qarşı Kürd Gənclik Birlyinin yaydığı bəyanatda bildirilir.
"Atatürk "Kommunizm türk dünyasının ən böyük düşmənidir. Hər görüldüyü yerdə əzilməlidir” deyə bildirib. Bununla da türk millətinə yol göstərib. Türkiyədə də bölücü hərakat deyilən hərəkat əslində "marksist-leninist-kommunist üsyan”dan başqa bir şey deyil. Ona qarşı mübarizə aparmaq üçün ilk növbədə adını düz qoymaq lazımdır. İdeologiyasını marksizm-kommunizmdən alan bu hərəkatı müsətqil bir bölücü fəaliyyət, yaxud etnik qarşıdurma kimi görmək yanlış dəyərlndirmədir. Şərq insanımız dindar və dövlətinə sadiqdir. Xalqımız bu kommunist-bölücü təşkilatın Allah, Kitab, din və əxlaq düşməni fikirlərə sahib olduğundan xəbərsizdir. Bu məsələnin terrorun həlli üçün açar rolunu oynayacağının fərqinə varılmalıdır. Bundan artıq gec olmamaq şərtilə ciddi bir analiz aparılaraq, mübarizə strategiyası hazırlanmalıdır. Orda bölücü terror yox, kommunist terror var”,- deyə bildirilir.



