Kuratorun 2 milyonluq dələduzluqda ittiham olunan kürəkəninin məhkəməsində şahidlər dindirilib
Avqust 22
14:33
2023
Türkiyə vətəndaşlarına 2 milyon manat dələduzluqda ittiham olunan Azər Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Zərərçəkmiş qismində Türkiyə vətəndaşları – Humeyra Genc və Hakan Doyğun tanınıb. Tekstil ticarəti ilə məşğul olan A.Əsgərov türkiyəli iş adamları ilə 2 milyonluq pul məsələsinə görə onların şikayəti əsasında tutulub.
Qeyd edək ki, təqsirləndirilən Azər Əsgərov zərərçəkmiş şəxslərin şikayəti əsasında 2021-ci ilin mayında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Azər Əsgərov vaxtilə Prezident Administrasiyasında baş məsləhətçisi işləmiş Arif Novruzovun kürəkənidir. Arif Novruzov sonradan Ərazi-Təşkilat Məsələləri şöbəsinin sektor müdiri olub, bir neçə rayon icra hakimiyyətinin (Ağdaş, Göygöl, Goranboy, Tərtər və s.) kuratoru vəzifəsində çalışıb.
Məlumatlara görə, kürəkəni həbs olunandan sonra Arif Novruzov onun azad edilməsi üçün çalışsa da, özü də dələduzluqla üzləşib. O, kürəkəninin azadlığa buraxılması üçün bəzi şəxslərə 100 min manat verib. Lakin özünü səlahiyyətli kimi təqdim edən həmin şəxslərin dələduzluğu üzə çıxıb, onlar məsuliyyətə cəlb ediliblər.
Arif Novruzov sözügedən hadisədən sonra 2022-ci ilin aprel ayında vəzifəsindən azad olunub, bir müddət sonra isə vəfat edib.
Qlobal.az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahidlər bildirib ki, A. Əsgərov müxtəlif bəhanələrlə onlardan pul alsa da, sonradan verdiyi sözə əməl etməyib.