Kuleba: "Ukrayna ordusu NATO silahlarına keçir"
Aprel 27
00:52
2022
"Müharibədə yeni mərhələ başlayıb. Ukrayna ordusu NATO silahlarına keçir".
"Report" "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Dmitro Kuleba bildirib.
"Biz heç kimin ağlına belə gətirməyən tamamilə yeni mərhələyə qədəm qoyduq. Ukrayna Silahlı Qüvvələri artıq NATO standartına keçid alıb”, - Kuleba deyib.
O, bildirib ki, bununla bağlı Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Cozef Bayden arasında danışıqlar da olub.
"Əvvəlcə haubitsalar bizə gəldi, amma bu, yalnız başlanğıcdır, daha çox şey gələcək", - Kuleba əlavə edib.