SON XƏBƏR

"Körpü-Bina-Tikinti MMC" 20,3 milyon manat ayrıldı - Cəbrayılda bina tikəcək

İyun 09
10:04 2023
"MİDA” MMC "Körpü-Bina-Tikinti MMC" (VÖEN: 3100026151) ilə iki satınalma müqaviləsi imzalayıb

Qlobal.az FED.az-a istinadla xəbər verir ki, müqavilələrdə Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 17, 18, 19, 20, 21 və 22 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi və 11, 12, 13, 14, 15 və 16 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulur.

Qalib şirkətlə imzalanmış müqavilələrin dəyəri birinci tender üzrə 10 745 445 manat, ikinci tender üzrə 9 538 857 manat, ümumilikdə 20 284 302 manatdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook