“Körpə danaların kütləvi kəsimi əti bahalaşdırır” - Deputat

Mart 14
17:26
2025
"7-8 kiloluq quzuların, körpə danaların kütləvi kəsimi və bazara çıxarılması heyvandarlığın inkişafına maneədir və bazarda ətin qiymətinin artmasına səbəbdir”.
"Təhlillər göstərir ki, orta kəsim çəkisinin 2 kq az olması illik qoyun əti istehsalında 8 min ton itki deməkdir. Bizdə kəsim çəkisi normadan nəinki 2, hətta çox vaxt 10-12 kq azdır. Qardaş Türkiyədə və digər ölkələrdə olduğu kimi, bizdə də heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması və həddi pozanlar üçün cərimələrin tətbiq olunması yaxşı olar.
Son illər satışa mənşəyi bilinməyən ətin, adlarını çəkmək istəmirəm çıxarılması kütləvi zəhərlənmələrə, müəyyən xəstəliklərə səbəb olur və insanlarda ciddi narahatçılıq yaradır. Ətin satışına qadağalar olmadığı üçün işbazlar bundan sui-istifadə edirlər. Ənənəvi olmayan, yeyilməyən heyvan ətlərinin siyahısının hazırlanmasına və satışının qadağan edilməsinə ehtiyac vardır” - deputat vurğulayıb.
Bunu deputat Tahir Rzayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.