SON XƏBƏR

“Kristal Abşeron”un binalarında təhlükəsizlik qaydaları kobud şəkildə pozulur - Ekspertdən açıqlama

İyun 09
23:17 2023
Milli Məclisin üzvü və ölkənin tikinti sektorunda böyük paya sahib olan Ağalar Vəliyevə məxsus "Kristal Abşeron” şirkətinin yaşayış komplekslərində yanğından mühafizə qaydaları kobud şəkildə pozulur...

Poliqon xəbər verir ki, "Kristal Abşeron” MTK-nın tikdiyi binaların bəzi sakinləri yaşadıqları binalarda yanğın və təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması ilə bağlı redaksiyamıza müraciət ediblər.

Sakinləri narahat edən məsələlər isə birbaşa onların təhlükəsizliyi ilə bağlıdır. Sakinlər bildirirlər ki, hər şeydən əvvəl olası fövqəladə hal üçün "Kristal Abşeron” MTK-nın yaşayış komplekslərinin əksəriyyətində normalara uyğun yanğın çıxışı yoxdur. Xüsusilə binaların heç birində xarici (çöl) nərdivanlarının olmaması yanğın zamanı böyük təhlükəyə yol açır. Liftin yaxınlığındakı pilləkanlar yanğın nərdivanı adı ilə rəsmiləşdirilib.
 


Qeyd edək ki, beynlxalq standartlara, o cümlədən Azərbaycanda mövcud tikinti qaydalarına görə, yanğın nərdivanlarıın olması məcburidir və bu nərdivanların hər tərəfi açıq olmalıdır. Çünki yanğın hadisəsi baş verərsə, o nərdivanlardan düşən sakin tüstüdən elə o pilləkənlərdə boğulub ölə bilər. Yəni daxili pilləkənləri yanğın pilləkənləri kimi sənədləşdirmək çox ciddi qanun pozuntusudur. Təbii olaraq bu məsələdə binaları istismara qəbul edən dövlət qurumlarının da böyük "günah payı” var və belə binaları istismara qəbul edən dövlət qurumları faktiki olaraq tikdikləri binalarda təhlükəsizk qaydalarını nəzərə almayan şirkətlərlə eyni məsuliyyəti daşıyırlar. Qeyd edək ki, bur neçə il əvvəl Yasamalda insan təlafatı ilə nəticələnən bina yanğını zamanı insanların çoxusu məhz xarici yanğın çıxışı nərdivanlarının olmaması nəticəsində tüstüdan boğularaq dünyalarını tələf olmuşdular. O zaman da bu məsələ qaldırılsa da tikinti şirkətləri hələ də bu məcburu qaydaya əməl etmək istəmirlər. Çünki əlaqədar dövlət qurumları onların qarşısında bu məsələni açıq şəkildə qoymur.

Ümumiyyətlə bu probem kütləvi xarakter daşımaqdaır və Bakıda tikilən çox az binada xarici yanğın çıxışı nərdivanlarına rast gəlmək olar.

Xarici yanğın çıxışı nərdivanlarının tikilən binaların layihələrində nəzərdə titilub-tutulmaması da maraq doğuran məsələlərdən biridir. Əgər nəzərdə tutulmursa, onda bu layihələr necə təsdiqlənir? Yox əgər nəzərdə tutulursa, onda istismara necə necə qəbul edilir?

Araşdırdığımız şikayət əsasında bu və bir çox başqa məsələlərlə bağlı ortada olan bir çox sualalrla Kristal Abşeron” MTK-nın rəhbərliyinə sorğu yollasaq da, aradan keçən 4 gün ərzində sorğumuza cavab ala bilməişik. Hesab edirik ki, şirkətin verəcək cavabı yoxdur. Lakin bu məsələyə həmçinin əlaqədar dövlət qurumları, o cümlədən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyi də açıqlıq gətirməlidir. Çünki onların öz vəzifələrini yerinə yetirməmələri bədbəxt hadislər baş verdiyi zaman bir çox insanların ölümünə səbəb olur.
 


Bundan başqa, "Kristal Abşeron” MTK-nın yaşayış komplekslərində apardığımız müşahidələr zamanı başqa bir ciddi pozuntu ilə də rastlaşdıq. Yaşayış komplekslərində inşa edilən su hovuzları mümkün hadisə zamanı yanğınsöndürən maşınlarının həmin hovuzlardan istifadəsi mümkünsüz görünür. Çünki su hovuzlarının ətrafı şəxsi avtomobillər nizamsız şəkildə park edilir və bu da təhlükəsizlik qaydalarını kobud şəkildə pozur. Bu da mümkün yanğın hadisəsi zamanı yanğınsöndürən maşınlarının həmin hovuzlardan istifadəsini imkansız edən və yanğına vaxtında müdaxiləni kifayət qədər çətinləşdirən ciddi pozuntulardan biridir.

Həmçinin "Kristal Abşeron” MTK-nın yaşayış komplekslərində apardığımız müşahidələr zamanı əksəriyyətində hidrantlar və digər yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi aşkarlanıb.

Binalarda təhlükəsizliklə bağlı başqa bir çatışmamazlıq isə yaşayış binalarında sakinlərin görə biləcəkləri yerdə təxliyə planının asılmamasıdır. Təhlükəsizlik qaydalarına görə təxliyə planı hər bir mərtəbədə sakinlərin rahat görə biləcəkləri yerdə olmalıdır ki, yanğın baş verdikdə sakinlər necə hərəkət etməli olduqlarını bilsinlər.

Digər bir pozuntu isə olduğumuz binalarda qapalı yanğın çıxışı qapılarının da bağlı olması idi. Bu qapıların plastik materiallardan olması isə ümumiyyətlə heç bir məntiqə sığmır.
 
 

Ekspert: "Binaların yanğın çıxışları mütləq olmalıdır. Yanğın çıxışlarının qarşısı hər hansısa bir mane ilə örtülməli deyil”.

Yaşayış binalarında mövcud təhlükəsizlik problemləri ilə bağlı Poliqon-un əməkdaşı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevin fikirlərini öyrənib.

Ekspert bildirib ki, ümumiyyətlə, bütün idarələr, müəssisələr, ticarət mərkəzləri, tikinti obyektləri, yaşayış binaları, ictimai iaşə müəssisələri tikilərkən yanğın təhlükəsizliyi olan standartlarına uyğun layihələndirilir. Bu layihə əsasında da, tikinti həyata keçirilməlidir.

"Bütün müəssisələrdə yanğın təhlükəsizliyi sistemi ilə bağlı qəbul olunan standartlar var. Bu standartlar da mütləq ciddi riayət edilməlidir.

Əlbəttə ki, yaşayış binalarında, insanların daha çox cəmləşdiyi məkanlarda yanğınla bağlı standartların pozulması hər hansısa yanğın təhlükəsi anında orada olan xeyli sayda insanların daha çox zərər görməsinə, həyatı təhlükəyə, hətta ölüm hadisələrinə gətirib çıxara bilir. Buna görə də bütün çoxmərtəbəli yaşayış binalarında, binanın həyətyanı sahəsində yanğın zamanı maşınların oraya girə bilməsi üçün mütləq yol çıxışları olmalıdır. Bu yol çıxışlarının üzəri də hər hansı bir mane ilə örtülməli deyil. Bəzən görürsən ki, həmin yol şlaqbanla örtülüb, yaxud da kimsə orada özünə yer ayırıb. Bunlar da yolverilməzdir.

Binaların yanğın çıxışları mütləq olmalıdır. Yanğın çıxışlarının qarşısı hər hansısa bir mane ilə örtülməli deyil. Eyni zamanda pilləkən qəfəsləri də örtülü saxlamaq olmaz. O qəfəsləri daim nəzarətdə saxlamaq lazımdır. Mütləq pilləkən qəfəsinin qapısı olmalıdır və bu qapı keramik qapı olmalıdır. Amma çox təəssüf ki, bəzən qapı ümumiyyətlə, olmur. Qapı varsa da, plastmas qapı olur, onun da qapısı qırıq olur. Qəfəs qapılar əgər düzgün quraşdırıləbsa, həmin binanın yanğın olan mərtəbəsindən başqa mərtəbəsi zərər görmür.

Hətta, binaların ehtiyyat giriş qapısı da bəzən olmur, ya da olursa çox vaxt bağlı olur. Qapının açarının da kimdə olması bilinmir. Hər hansısa hadisə zamanı açar axtarmağa başlayırlar. Əlbəttə ki, bu da vaxt itkisi deməkdir. İnsanlar anında təxliyə oluna bilmədikləri üçün xəsarət ala bilirlər və həyatlarını itirirlər. Binalarda ilkin yanğınsöndürən vasitələri, binanın kvadratına görə su hovuzu, su hidratları, su hidratlarını göstərən lövhə olmalıdır. Su hidratları daim işlək vəziyyətdə olmalıdır”.
 


Ekspert qeyd edib ki, bütün bu məsələlər kompleks şəkildə görülməli olan tədbirlərdir layihədə nəzərdə tutlmalıdır. Eyni zamanda bina yönəticiləri də yanğın təhlükəsizliyinə ciddi riayət etməlidirlər.

"Əgər yanğın təhlükəsinin qarşısını almaq standartlara uyğun olarsa, hadisə zamanı da anında müdaxilə edilə bilər. Amma elə olur ki, binada yanğın olanda məlum olur ki, hovuzda su yoxdur. Hovuzun suyu bağa axıdılır, yaxud da hovuzdan su sadəcə buxarlanır və hovuz suyla vavtaşırı təmin olunmur. Yaxud da hovuzun nasosxanası işləmir. Yanğınsöndürən maşınlar da binanın ehtiyyat su hovuzundan suyu götürməlidirlər. Amma gəlib görürlər ki, hovuzda su yoxdur.

Binaların həyətlərində təhlükəsiz toplanış yerləri olmalıdır. Elə bina var belə yeri var, amma binada yaşayan sakinlərdən heç kəs onun nə olduğunu bilmir. Bu yerə xüsusi nişan qoyulmalıdır və elə nişan da var. Qonşular da bilməlidir ki, həmin nişan nə üçündür. Heç olmasa ildə bir dəfə binada yaşayan sakinlərə bununla bağlı təlimlər keçirilməlidir. İnsanlar yanğın zamanı necə davranmalı olduqlarını praktikada keçəndən sonra, hadisə zamanı doğru, düzgün davranış sərgiləməklə minimal zərərlərlə çıxmaq olar.

Binaların hamısı yanğın təhlükəsizliyinə cavabdeh olan qurumların üzərinə düşür. Onlar bina yönəticilərini davamlı olaraq yanğın qaydalarına riayət etməyə sövq etməlidirlər.

Sakinlərin də üzərinə düşən bir məsuliyyət var. Məsələn çoxmənzilli bina sakinlərinə deyilsə ki, yanğınla bağlı təlim olacaq, orada iştirak edin, sakinlərin çoxu təlimdə iştirak etməyəcək. 150 ailə yaşayan binadan heç 5 nəfər təlimlərdə iştirak edər, ya etməz.

Buna görə də bu işə həm insanlar, həm də müvafiq qurumlar məsuliyyətlə yanaşmalıdırlar. Həmçinin inşaat zamanı sahibkarlar da bu qaydalara riayət etməlidirlər. Yəni, bu məsələdə hər kəsin məsuliyyət öhdəliyi var ki, bunlar bir yerdə görülmüş olarsa, əlbəttə, keyfiyyətli nəticə də görmək olar”.

Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook